"İmişli" Əsgər Abdullayevlə yolları ayırdı

31.05.2024 15:40 191
Ölkə futbolu
1-ci liqasında çıxış edən "İmişli" baş məşqçisi Əsgər Abdullayevlə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi məşqçilər heyəti ilə iclas keçirib və onların hesabatları dinlənilib.

Daha sonra rəhbərlik "İmişli"nin son mövsümdəki nəticəsini qənaətbəxş hesab edərək, məşqçilərə təşəkkürünü bildirib. Əsgər Abdullayevlə yanaşı, onun köməkçiləri də klubdan göndərilib.