“Football-plus.az” xəbər verir ki, bu rayondan millət vəkili seçilən Razi Nurullayev bir qədər əvvəl “feysbuk” hesabında futbolla bağlı paylaşım edib:
“Bu gün İmişli rayon icra hakimiyyətinin başçısı Elçin müəllimlə bərabər "İmişli"nin yeni baş məşqçisi Əsgər Abdullayev və klubun sponsoru - RCD şirkətinin direktoru Kamran Eyyubov ilə görüşüb danışdıq. İmişlidə futbola maraq var və inanırıq ki, məşhur futbolçu və məşqçi Əsgər Abdullayev İmişli futbolunu yeni zirvəyə qaldıra biləcək. "İmişli" komandasını çempionluq iddiasında görmək arzusu ilə”.



