Şənbə günü keçirilən Çempionlar Liqasının finalı ilə bağlı bəzi maraqlı statistik məqamlar var ki, onları diqqətinizə çatdırmağı lazım bildik.
Finallarda ardıcıı 6-cı “quru” qələbə!
“Real” Çempionlar Liqasının son 4 ildə 1:0 hesabıyla bitən finallarından ibarət seriyaya son qoydu. Bununla belə, ardıcıl 6-cı mövsümdə komandalardan biri rəqib qapısına yol tapa bilmədi. Sonuncu dəfə hər iki komandanın fərqləndiyi finala 2018-ci ildə təsadüf olunub. Onda Qaret Beyl ilə Kərim Benzemanın dəqiq zərbələrinə “Liverpul”un forvardı Sadio Mane cavab vermişdi.
ÇL-in son yeddi finalı
tarix şəhər oyun qollar
26.05.2018 Kiyev Real – Liverpul 3:1 Beyl-2, Benzema – Mane
01.09.2019 Madrid Liverpul – Тоттенхэм 2:0 Salah, Orici
23.08.2020 Lissabon Bavariya – PSJ 1:0 Koman
29.05.2021 Portu Çelsi – Mançester Siti 1:0 Haverts
28.05.2022 Senн-Deni Real – Liverpul 1:0 Vinisius
10.06.2023 İstanbul Mançester Siti – İnter 1:0 Rodri Ernandes
01.06.2024 London Real – Borussiya D 2:0 Karvaxal, Vinisius
Zədə üzündən, demək olar ki, bütün mövsümü boşa verən Tibo Kurtua vaxtında sıraya döndü ÇL-in finalında iki dəfə qapısını toxunulmaz saxlayan 2-ci qapıçı oldu. Özü də belçikalı “Real”ın əfsanəsi İker Kasilyadan fərqli hər iki halda 90 dəqiqə oynadı. Kasilyas 2002-ci ildə Sesar Sançesi 68-ci dəqiqədə əvəzləməklə “Real”ın “Bayer-04” üzərində qələbəni qorumasına yardım etmişdi. Bu siyahıda olan Yens Lemannın 2006-cı ildə “Barselona” ilə oyunun 18-ci dəqiqəsində meydandan qovulduğunu da xatırladaq
ÇL-in finalında qol buraxmayan bütün qapıçılar
qapıçı vətəndaşlıq klub “quru” oyun sayı
İker Kasilyas İspaniya Real 2
Tibo Kurtua Belçika Real 2
Fabyen Bartez Fransa Marsel 1
Sebastyano Rossi İtaliya Milan 1
Edvin van der Sar Niderland Ayaks 1
Bodo İllqner Almaniya Real 1
Canluici Buffon İtaliya Yuventus 1
Dida Braziliya Milan 1
Vitor Baya Portuqaliya Portu 1
Yens Lemann Almaniya Arsenal 1
Viktor Valdes İspaniya Barselona 1
Julio Sezar Braziliya İnter 1
Alisson Braziliya Liverpul 1
Manuel Noyer Alamaniya Bavariya 1
Eduar Mendi Seneqal Çelsi 1
Ederson Braziliya Mançester Siti 1
Vinisius Junior finalların ikiqat qəhrəmanı oldu. İki il əvvəl “Real”a titul qazandıran braziliyalı bu dəfə də həlledici matçda fərqlənməklə Raul, Samuel Eto’О, Lionel Messi, Serxio Ramos, Mario Mancukiç və Qaret Beylin də olduğu elit bombardirlər ailəsinə qoşuldu. Yalnız üç finalda fərqlənən Kriştiano Ronaldonun nəticəsi daha möhtəşəm görünür.
ÇL-in iki və daha artıq finalında qol vuran bütün futbolçular
oyunçu klub mövsüm oyun
Kriştiano Ronaldo Mançester Yunayted 2007/08 Çelsi 1:1, p. – 6:5
Real 2013/14 Atletiko 4:1 (ə.v.)
2016/17 Yuventus 4:1*
Raul Real 1999/00 Valensiya 3:0
2001/02 Bayer-04 2:1
Samuel Eto’О Barselona 2005/06 Arsenal 2:1
2008/09 Mançester Yunayted 2:0
Lionel Messi Barselona 2008/09 Mançester Yunayted 2:0
2010/11 Mançester Yunayted 3:1
Serxio Ramos Real 2013/14 Atletiko 4:1 (ə.v.)
2015/16 Atletiko 1:1, p. – 5:3
Mario Mancukiç Bavariya 2012/13 Borussiya D 2:1
Yuventus 2016/17 Real 1:4
Qaret Beyl Real 2013/14 Atletiko 4:1 (ə.v.)
2017/18 Liverpul – 3:1*
Vinisius Junior Real 2021/22 Liverpul 1:0
2023/24 Borussiya D – 2:0
* dubl edib.
Dani Karvaxal isə ÇL tarixinə qələbə qolunu vuran 3-cü müdafiəçi kimi düşdü.
Finallarda qələbə qolunu vuran bütün müdafiəçilər
tarix oyunçu klubu oyun
26.50.1993 Bazil Boli Marsel Milan 1:0
17.05.2006 Juliano Belletti Barselona Arsenal 2:1
01.06.2024 Dani Karvaxal Real Borussiya D 2:0
Ançelotti Zidana çatdı
“Real” Çempionlar Liqasının finalı ilə bağlı unikal seriyasını davam etdirdi. Avropanın əsas klub turnirinin adını dəyişdiyi 1992/93 mövsümündən bəri Madrid klubu 9 dəfə həlledici oyuna vəsiqə qazanıb və bu halların heç birində məğlub olmayıb. Zinəddin Zidanla Karlo Ançelotti hərəyə üç dəfə “kral klubu”nu titula daşıyıb. Visente Del Boskenin iki, Yupp Haynkesin bir titulu var. “Real” 9 final görüşündə “Yuventus”, “Atletiko” və “Liverpul”un hər birini iki, “Valensiya”, “Bayer-04” və “Bavariya”nı bir dəfə məğlub edib.
“Real”ın ÇL-də bütün finalları
tarix şəhər baş məşqçi oyun qollar
20.05.1998 Amsterdam Yupp Haynkes Yuventus 1:0 Miyatoviç
24.05.2000 Paris Vidente Del Boske Valensiya 3:0 Moryentes, Makmanaman, Raul
15.05.2002 Qlazqo Visente Del Boske Bayer-04 2:1 Raul, Zidan - Lusio
24.05.2014 Lissabon Karlo Ançelotti Atletiko 4:1 (ə.v.) Ramos, Beyl, Marselo, K.Ronaldo – Qodin
28.05.2016 Milan Zinəddin Zidan Atletiko 1:1, p. – 5:3 Ramos – Ferrayra-Karrasko
03.06.2017 Kardiff Zinəddin Zidan Yuventus 4:1 K.Ronaldo-2, Kazemiro, Asensio – Mancukiç
26.05.2018 Kiyev Zinəddin Zidan Liverpul 3:1 Beyl-2, Benzema – Mane
28.05.2022 Sen-Deni Karlo Ançelotti Liverpul 1:0 Vinisius
01.06.2024 London Karlo Ançelotti Borussiya D 2:0 Karvaxal, Vinisius
Çempionlar Kubokundakı və Liqasındakı qələbələri üst-üstə gəlsək, “Real”ın nəticəsi, ümumiyyətlə, fantastik görünür – 15 titul! “Milan”ın bu turnirdə 7, “Liverpul”la “Barselona”nın 6, “Bavariya”nın 5 çempionluğu var. Düzdü, Madrid nəhəngi ötən əsrdə finallarda büdrəyib: 1962-ci ildə “Benfika” (5:3), 1964-cü ildə “İnter” (3:1), 1981-ci ildə isə “Liverpul” (1:0) “Real”dan üstün olub.
Çempionlar Kubokunu/Liqasını daha çox qazananlar
klub final sayı qələbə sayı qələbə illəri
Real 18 15 1956–1960, 1966, 1998, 2000, 2002, 2014, 2016–2018, 2022, 2024
Milan 11 7 1963, 1969, 1989, 1990, 1994, 2003, 2007
Liverpul 10 6 1977, 1978, 1981, 1984, 2005, 2019
Barselona 9 6 1992, 2006, 2009, 2011, 2015, 2020
Bavariya 10 5 1974–1976, 2001, 2013
Ayaks 6 4 1971–1973, 1995
İnter 6 3 1964, 1965, 2010
Mançester Yunayted 5 3 1968, 1999, 2008
Madridlilərin baş məşqçisi Karlo Ançelotti karyerasında 5-ci dəfə titulu qazanmaqla özünə məxsus olan rekordu yenilədi. İtaliyalı mütəxəssisdən başqa heç kim Avropanın əsas kubokunu 3 dəfədən çox qazanmayıb. Zinəddin Zidanla Xosep Qvardiolanın hesabında ÇL-də üç qələbə var. Çempionlar Kubokunu üç dəfə qazanmağı isə yalnız “Liverpul”un əfsanəsi Bob Peysli qazanıb.
ÇL-in üç və daha artıq finalında komandası oynayan bütün məşqçilər
məşqçi vətəndaşlıq klublar finallar (+/-)
Karlo Ançelotti İtaliya Milan, Real 6 (+5–1)
Xosep Qvardiola İspaniya Barselona, Mançester Siti 4 (+3–1)
Aleks Ferqyuson Şotlandiya MY 4 (+2–2)
Marçelo Lippi İtaliya Yuventus 4 (+1–3)
Yürgen Klopp Almaniya Borussiya D, Liverpul 4 (+1–3)
Zinəddin Zidan Fransa Real 3 (+3–0)
Ottmar Hitsfeld Almaniya Borussiya D, Bavariya 3 (+2–1)
Yupp Haynkes Almaniya Real, Bavariya 3 (+2–1)
Fabio Kapello İtaliya Milan 3 (+1–2)
Lui van Qal Niderland Ayaks, Bavariya 3 (+1–2)
Ançelotti Çempionlar Liqasını iki fərqli klubla qazanan beş məşqçidən biridi. O, “Real”la üç titul qazanana qədər “Milan”ı da iki dəfə qitənin ən güclüsü edib. Ottmar Hitsfeld “Borussiya” ilə “Bavariya”nı, Yupp Haynkes “Real”la “Bavariya”nı, Joze Mourinyo “Portu” ilə “İnter”i, Xosep Qvardiola isə “Barselona” ilə “Mançester Siti”ni qələbəyə daşıyıb. Yürgen Klopp, Lui van Qal və Tomas Tuxel isə finala çıxardığı komandalardan yalnız biri ilə qələbə qazana bilib.
Çempionlar Liqasında iki fərqli klubla finalda oynayan bütün məşqçilər
məşqçi vətəndaşlıq mövsüm klub oyunlar
Karlo Ançelotti İtaliya 2002/03 Milan Yuventus 0:0, p. – 3:2
2004/05 Milan Liverpul 3:3, p. – 2:3
2006/07 Milan Liverpul 2:1
2013/14 Real Atletiko 4:1
2021/22 Real Liverpul 1:0
2023/24 Real Borussiya D 2:0
Yürgen Klopp Almaniya 2012/13 Borussiya D Bavariya 1:2
2017/18 Liverpul Real 1:3
2018/19 Liverpul Tottenhem 2:0
2021/22 Liverpul Real 0:1
Xosep Qvardiola İspaniya 2008/09 Barselona Mançester Yunayted 2:0
2010/11 Barselona Mançester Yunayted 3:1
2020/21 Mançester Siti Çelsi 0:1
2023/24 Mançester Siti İnter 1:0
Ottmar Hitsfeld Almaniya 1996/97 Borussiya D Yuventus 3:1
1998/99 Bavariya Mançester Yunayted 1:2
2000/01 Bavariya Valensiya 1:1, p. – 5:4
Yupp Haynkes Almaniya 1997/98 Real Yuventus 1:0
2011/12 Bavariya Çelsi 1:1, p. – 3:4
2012/13 Bavariya Borussiya D 2:1
Lui van Qal Niderland 1994/95 Ayaks Milan 1:0
1995/96 Ayaks Yuventus 1:1, p. - 2:4
2009/10 Bavariya İnter 0:2
Joze Mourinyo Portuqaliya 2003/04 Portu Monako 3:0
2009/10 İnter Bavariya 2:0
Tomas Tuxel Almaniya 2019/20 PSJ Bavariya 0:1
2020/21 Çelsi Mançester Siti 1:0