• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Biliç düşünmək üçün vaxt istədi - Gezzal “Beşiktaş”dan ayrıldı

Dünya futbolu

5-06-2024, 22:0

Superliqada mövsümü 6-cı pillədə bitirməsinə baxmayaraq, ölkə kubokunu qazanan “Beşiktaş”da məşqçi axtarışı davam edir.

“Football-plus.az” xəbər verir ki, Sərgən Yalçın əsas namizəd kimi qalsa da, rəhbərlik başqa məşqçilərlə də təmas qurmaqda davam edir. Başqan Hasan Arat, ikinci başqan Hüseyin Yücel, futbol şöbəsinin rəhbəri Feyyaz Uçar və baş əlaqələndirici Samet Aybaba yeni baş məşqçini müəyyənləşdirməyə çalışırlar. Rəhbərliyin danışıqlar apardığı məşqçilərdən Joze Mourinyo “Fənərbaxça”ya yollanmağa, Razvan Luçesku isə çempion olduğu PAOK-da qalmağa üstünlük verdi. Dortmund “Borussiya”sında köməkçi kimi çalışan Nuri Şahinlə təmaslar davam edir. Bu arada rəhbərliyin gündəminə gələn son isim Slaven Biliçdi. “Beşiktaş” camiəsinə gözəl tanış olan təcrübəli xorvatiyalı mütəxəssis ötən ilin iyulundan bəri “Əl-Fateh”i çalışdırır. Onun Səudiyyə Ərəbistanı təmsilçisi ilə hələ birillik müqaviləsi var. Amma Türkiyə mətbuatının yazdığına inansaq, 55 yaşlı Biliç “Qartal”ın təklifindən sonra düşünmək üçün bir qədər vaxt istəyib. Qeyd edək ki, “ağ-qaralar” daha öncə Biliçin başçılığı altında həm 2013/14-ü, həm də 2014/15-i 3-cü pillədə tamamlayıblar. İstanbul nəhəngi həmin dönəmdə bu məşqçi ilə ümumilikdə keçirdiyi 89 rəsmi oyundan 47 qələbə, 21 heç-heçə, 21 məğlubiyyətlə ayrılıb. “Beşiktaş” Biliçlə kubok qazana bilməmiş və derbi oyunlarında da zəif nəticələr göstərmişdi. İngiltərə mətbuatında isə Ole-Qunnar Sulşerin də namizədlər arasında olması haqda xəbərlər peyda olub. “Beşiktaş” Sulşerlə geridə qoyduğumuz mövsümün ilk dövrəsində, daha dəqiq desək, Fernando Santuşdan öncə də təmas qurmuş, amma anlaşa bilməmişdi.

Bu arada “Beşiktaş”da yayın ikinci ayrılığı reallaşıb. Daha öncə müqavilə müddəti bitən Co Uorrall ilə vidalaşan “Qartal” bu dəfə Rəşid Gezzal ilə sağollaşıb. Təcrübəli futbolçu sosial şəbəkədə paylaşım edərək 4 il şərəfini qoruduğu komanda ilə vidalaşıb. O, həyatının sonuna qədər bu klubun fanatı kimi qalacağını vurğulayıb. “Beşiktaş” da öz növbəsində Gezzal üçün vida paylaşımı edib. 32 yaşlı əlcəzairli vinger 2020-ci ildən “ağ-qaralar”ın şərəfini qoruyurdu. İlk mövsümdə, yəni 2020/21-də o, superliqada 31 qarşılaşmada 8 qol, 17 məhsuldar ötürməlik yaddaqalan performans sərgiləyərək çempionluqda mühüm rol oynamışdı. Amma sonrakı mövsümlərdə zədə və başqa amillər üzündən ümidləri doğrulda bilmədi. Ümumilikdə Gezzal “Beşiktaş”da 123 rəsmi oyuna çıxaraq 17 qol, 33 məhsuldar ötürməlik fayda verdi və 4 titul qazandı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-12-2023, 22:0

Uçar və Aybaba “Beşiktaş”ı ziyarət etdi - “Fənərbaxça” fanatları derbiyə buraxılacaqmı?

Dünya futbolu / Manşet

18-05-2024, 13:0

Sərgən Yalçının ''Beşiktaş''a irəli sürdüyü şərtlər bəlli oldu

Dünya futbolu

16-04-2024, 16:0

''Beşiktaş'' rəsmisindən Sərgən Yalçın açıqlaması

Dünya futbolu

8-03-2024, 22:0

“Beşiktaş”la Cenk Tosun anlaşa bilmir

Aktual
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Son xəbərlər
  • Bu gün, 23:15
    4 təmsilçimizdən 3-ü qalib gəldi! Fizievdən möhtəşəm nakaut -YENİLƏNİB
  • Bu gün, 22:08
    İranın forvardı FİFA-nı yıxıb-sürüdü - ''Bizim evə qayıtmağımızı istəyirlər''
  • Bu gün, 21:51
    "Zirə" özbəklərə uduzdu
  • Bu gün, 21:22
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
  • Bu gün, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Bu gün, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Bu gün, 18:52
    “Səbail”dən yeni transfer
  • Bu gün, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Bu gün, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Bu gün, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Bu gün, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Bu gün, 16:40
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Bu gün, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Bu gün, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Bu gün, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Bu gün, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
Daha çox
Oxunub: 406
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 313
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 269
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə