"Bayquşlar"ın idman direktoru İqor Ponomaryov daha əvvəl "Football-plus.az"a açıqlamasında seneqallı oyunçunu komandada saxlayacaqlarını bildirmişdi. Lakin afrikalı futbolçu paytaxt təmsilçisində qalmadı.
Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Elman Həmidovla əlaqə saxladıq:
"Abdulaye Banın klubla müqavilə müddəti başa çatmışdı. Sözləşmə bitəndən sonra müəyyən danışıqlar olmuşdu, amma ümumi razılıq əldə olunmadı. Danışıqların təfərrüatı barədə məlumat verə bilmərik".
Xatırladaq ki, Ba ötən mövsüm "Sabah"ın heyətində 23 matçda meydana çıxıb.
CAVİD ƏLİYEV





