“Sabah” Letiçi buraxmayacaq?

31.03.2024 11:30 234
Premyer-liqa / Manşet
“Sabah”ın Boyan Letiçlə müqavilə müddətini uzatması barədə xəbərlər tirajlanır.

“Football-plus.az” xəbər verir ki, yayılan məlumata görə, Masazır təmsilçisi bosniyalı müdafiəçiylə “1+1” şərtiylə 2026-cı ilə qədər anlaşmanın vaxtını uzadıb. Xəbəri dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq:
“Yeni müqavilələrlə bağlı məsələlərə mövsümün sonunda aydınlıq gələcək”.


Qeyd edək ki, 31 yaşlı futbolçu cari mövsümdə “Sabah”ın heyətində çıxdığı 23 matçda 3 dəfə rəqib qapılarına yol tapıb.

KAMAL SƏFƏR