Türkiyə klubları maliyyə durumlarının yaxşı olmaması və borcların vaxtında ödənilməməsi üzündən FİFA ilə problem yaşamaqda davam edirlər.
“Football-plus.az” xəbər verir ki, bu dəfə sıra yenidən ''Kayserispor''a çatıb. FİFA ''sarı-qırmızılar''a 2 dönəm üçün transfer cəzası verib. Burak Yılmazın çalışdırdığı komanda qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək. Bu dəfə səbəb Olivye Kemenin məvacibinin vaxtında ödənməməsidi. 2020-dən kayserililərin şərəfini qoruyan kamerunlu futbolçu yanvarda pulunu ala bilmədiyinə görə müqaviləni birtərəfli qaydada pozmuş və komandadan FİFA-ya şikayət etmişdi. Kemen ikinci dövrəni ''İstanbul BŞ''də keçirmişdi. FİFA futbolçunun haqlı olduğuna qərar verib. Amma borcun nə qədər olması barədə məlumat yoxdu. ''Kayserispor'' ötən yay da borcların içində üzdüyü üçün eyni durumla qarşılaşmışdı. Amma rəhbərlik 9 milyon avroluq borcu ödəyərək transfer qadağasını aradan qaldırmışdı. Qeyd edək ki, hazırda ''Kayserispor''dan başqa ''Adana Dəmirspor'', ''Antalyaspor'' və ''Konyaspor'' kimi digər superliqa təmsilçilərində də transfer cəzası mövcuddu. Onlar da borclar üzündən FİFA-nın ''qara siyahı''sındadı.
ƏLİ