Xavinin xələfi məlum oldu

27.05.2024 20:50 153
Dünya futbolu
“Barselona”da Xavi Ernandesin xələfi məlum olub.

“Football-plus.az” xəbər verir ki, tanınmış insayder Fabritsio Romano İspaniya klubunun almaniyalı məşqçi Hans-Diter Fliklə razılaşma əldə etdiyini bildirib. Tərəflər arasında müddəti 2026-cı ilin iyununa qədər nəzərdə tutulacaq müqavilə imzalanacaq. Flikin komandaya iki alman məşqçi gətirəcəyi də bildirilib.

Xatırladaq ki, Flikin sonuncu iş yeri Almaniya yığması olub. O, daha əvvəl “Bavariya”nı çalışdırıb.