Hans-Diter Flik növbəti mövsümdən “Barselona”nı çalışdıra bilər.
“Bild” qəzetinin jurnalisti Kristian Falkın verdiyi məlumata görə, Almaniya millisinin sabiq baş məşqçisi artıq ispan dilini öyrənməyə başlayıb. Flikin Kataloniya klubunda işləmək variantını bəyəndiyi vurğulanıb. Xatırladaq ki, o, 2023-cü ilin sentyabrından işsizdi.
“Barselona”nın baş məşqçisi Xavi Ernnades bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.