Qətərdə qərar tutdu

22.10.2026 12:52 36
Dünya futbolu
Nəhayət, Riyad Mahrez işsizliyə son qoyub.

"Football-plus.az" xəbər verir ki, tanınmış əlcəzairli futbolçu bundan sonra da Asiyada çıxış edəcək.

Bu yay müqavilə müddəti başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan ayrılan 35 yaşlı futbolçu karyerasını Qətərdə davam etdirəcək. Bu barədə klubun mətbuat xidmətinin məlumatında Mahrez ilə bağlanacaq müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Riyad Avropada “Mançester Siti”, “Lester”, “Havr” və “Kimper” klublarında çıxış edib.