"Araz Saatlı"nın stadionunda yoxlamalar olacaq - SƏBƏB

2.06.2024 20:30 248
I liqa / Manşet
İyunun 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionunda yayın və təşkilatı məsələlərlə bağlı baxış keçiriləcək.

Təftişin yekun nəticələrinə 1-liqada iştitak üçün pley-off çərçivəsində keçiriləcək "Araz Saatlı" - "Cəbrayıl" oyununun yeri və saatı açıqlanacaq. 
Görəsən, Saatlı Olimpiya İdman Kompleksinin stadionunda hansı problem var ki, təftiş qrupuna ehtiyac duyulub? "Araz Saatlı"nın prezidenti Ədalət Abdullayev məsələni "football-plus.az"a belə izah etdi:
“Stadionda ciddi problem yoxdu. Həm oyun “CBC Sport” tərəfindən canlı yayınlanacaq, həm də VAR sistemi tətbiq olunacaq deyə, təftiş qrupunun yoxlama aparması vacibdi. Təhlillər edilməlidi ki, hansısa çatışmazlıqlar üzə çıxsa, vaxtında aradan qaldıra bilək".


ƏSƏD SEYİDOV