Region Liqasında pley-offa vəsiqə qazanan Saatlı "Araz"ı artıq hazırlıqların 3-cü mərhələsini yekunlaşdırıb.
"Football-plus.az" xəbər verir ki, martın 25-dən Saatlı Olimpiya İdman Kompleksinin stadionunda bir araya gələn komanda aprelin 2-də 3-cü yoxlama oyununu keçirib.
Buna qədər hər iki yoxlama görüşündə rəqibindən aşkar üstün olan kollektiv bu dəfə daha ciddi rəqiblə - Region Liqasında pley-offa vəsiqə qazanmış "Qobustan" la üz-üzə gəlib. Saatlıda keçirilən oyunda meydan sahibləri Şamil Abdullayevin və Ramil Zahidovun vurduğu 2 cavabsız qolla qalibiyyət qazanıb.
Rayon ictimaiyyətinin rəğbətini qazanan klub davam edən təlim-məşq toplanışı çərçivəsində pley-offun püşkatmasına qədər daha bir yoxlama görüşündə gücünü sınamağı planlaşdırır.