Millimizdə daha bir futbolçu

2.06.2024 17:30 182
Yığma
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu cəlb edilib.

“Football-plus.az” xəbər verir ki, “Neftçi”nin oyunçusu Rəvan Kazımov düşərgəyə dəvət olunub.

Qeyd edək ki, U-21 iyunun 7-də Bratislavadakı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20.30-da Slovakiya ilə, iyunun 11-də “Liv Bona Dea Arena”da, saat 20.00-da isə Bolqarıstanla yoldaşlıq görüşü keçirəcək.