U-21 millimizin oyununun vaxtı və məkanı dəqiqləşdi

26.05.2023 14:33 260
Yığma
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 20-də Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun başlama saatı müəyyələşib.

"Football-plus.az" xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 19.30-da başlayacaq.

Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.