Millimizin daha bir rəqibi müəyyənləşdi

15.05.2024 23:00 171
Yığma
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, U-21 iyunun 11-də Liv Bona Dea Arenada Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş saat 20.00-da başlayacaq.

Qeyd edək ki, U-21 millimiz iyunun 7-də, Bakı vaxtı ilə saat 20.30-da Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcək.