AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, toplantı iyunun 3-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 10:00-da başlayacaq iclasın gündəliyi aşağıdakı kimidi:
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” klubuna müvafiq yardımın ayrılması
6. Digər məsələlər.
İcraiyyə Komitəsi bu məsələlər üçün toplaşır
Ölkə futbolu





