AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşdi

11.04.2023 13:51 334
Ölkə futbolu / Yığma
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.

"Football-plus.az" Milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı aprelin 13-də qurumun inzibati binasında keçiriləcək.

Saat 10.00-da başlayacaq iclasın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin hesabatı olacaq.

Həmçinin digər məsələlər də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, məlumatı ilk dəfə "Futbol+" qəzeti yayıb.