AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

14.07.2022 10:48 428
Ölkə futbolu
İyulun 15-i AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.


"Football-plus.az" xəbər verir ki, saat 17.00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi
2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
3. “Sabah” klubunun əvəzedici komandasının 2022/23 mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması
4. Digər məsələlər