“Artıq rəqibimizi daha yaxşı tanıyırıq” – 0:2-ni necə izah etdi?

31.05.2024 22:40 213
II liqa / Manşet
Növbəti mövsüm 2-ci liqada oynamaq uğrunda ilk pley-off oyunu keçirildi.

Region Liqasının finalçısı “Hypers” ikinci liqanın sonuncusu “Şəfa”ya səfər oyununda 2:0 hesabıyla qalib gəldi. Cavab görüşü isə iyunun 5-də keçiriləcək. “Şəfa”nın baş məşqçisi Elşad Məmmədovun ilk oyunla bağlı fikirlərini öyrəndik. Onun “Football-plus.az”a söylədikləri:
“Oyun maraqlı alındı. Hər iki komandanın fərqlənmək şansları var idi. Təəssüf ki, rəqib şanslardan istifadə etdi, biz isə yox. Komandamız gənclərdən ibarətdi, yaş ortalaması 19-21 aralığındadı. Daha yaxşı olmaq üçün zaman lazımdı. Buna baxmayaraq, heç nə həll edilməyib. Artıq rəqibimizi daha yaxşı tanıyırıq. Cavab oyununa tam yaxşı hazırlaşıb sonuna qədər mübarizə aparacağıq. Hədəf 2-ci liqada yerimizi qorumaqdı”.


RÖYANƏ OĞUZ