"Rəqibimizi yaxşı tanımırıq" - Cavid Hüseynov

19.03.2022 18:00 559
Ölkə futbolu
Dünən Region Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

"Cəbrayıl"ın rəqibi "İmişli" olub. Cəbrayıl təmsilçisinin prezidenti və baş məşqçisi Cavid Hüseynov püşk barədə fikirlərini bizlə bölüşüb:

"Püşkatma normal keçdi. Bütün klublara hörmət edirik. Pley-off mərhələsinə yüksəlibsə, bütün komandalar güclüdü. İlk oyunumuz səfərdə "İmişli" ilə olacaq. Rəqibimizi yaxşı tanımırıq. Bir neçə gün vaxtımız var. Çalışacağıq ki, məlumat toplayaq".


GÜNAY VƏLİYEVA