"Qarabağ" "Fənərbaxça"nın sabiq üzvünü transfer etmək istəyir - RƏSMİ

26.01.2023 10:41 861
Premyer-liqa / Manşet
Fransanın "Dijon" klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.

Football-plus.az xəbər verir ki, məlumatı "Lequipe" nəşri yayıb. Xəbərdə 29 yaşlı yarımmüdafiəçinin "Qarabağ"la müqavilə imzalamağa çox yaxın olduğu qeyd olunub.

Məsələ ilə bağlı klubun rəsmi mövqeyini öyrəndik. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə informasiya ilə bağlı bunları söylədi:

“Transfer etmək istədiyimiz futbolçuların siyahısında Yassin Benzia var. Hazırda onunla danışıqlarımız davam edir. Buna əsasən Benzia ilə müqavilə imzalanacaq. Anlaşmanın detalları barədə məlumat verə bilməyəcəyəm. Danışıqlar yekunlaşdıqdan sonra bütün detallar müəyyənləşəcək”.


Ağdam təmsilçisi əlcəzairli oyunçuya "2,5" illik müqavilə təklif edib. Benzia cari mövsüm komandasının heyətində meydana çıxmayıb.

Qeyd edək ki, Yassin Benzia Fransada "Lion", "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbaxça" və "Hatayspor" klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul