Benzya millidə bu dəfə dubl etdi

27.03.2024 10:00 225
Dünya futbolu
Əlcəzair millisi “FİFA series - Edition 2024” layihəsi çərçivəsində 2-ci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda bu dəfə evdə Cənubi Afrika millisi ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

"Qarabağ"ın futbolçusu Yassin Benzya da Əlcəzair millisinin əsas heyətində meydana çıxıb. 29 yaşlı yarımmüdafiəçi oyunda dubl edib. O, 22 və 70-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Yassin Benzia 5 il yarım sonra Əlcəzair millisinə çağırılıb. O, “FİFA series - Edition 2024” layihəsi çərçivəsində ilk oyunda - Boliviya ilə matçda da qol vurmuşdu.