"Qarabağ"ın futbolçusu qol vurdu, Əlcəzair qələbə qazandı

23.03.2024 10:30 312
Dünya futbolu
Futbol üzrə Əlcəzair millisi yoldaşlıq oyununda qüvvəsini sınayıb.

"Football-plus.az" xəbər verir ki, Afrika təmsilçisi Boliviya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Əlcəzairin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yassin Benzya da bu görüşdə iştirak edib. 29 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub. Təcrübəli futbolçu 79-cu dəqiqədə komandasının ikinci qolunu vurub.