"Sumqayıt"ın legioneri milliyə çağırıldı

1.09.2023 13:30 241
Ölkə futbolu
"Sumqayıt"ın futbolçusu Erik Sorqa Estoniya milli komandasına dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 9 və 12 sentyabr tarixlərində müvafiq olaraq İsveç və Belçika ilə qarşılaşacaq Estoniya millisinin heyətinə cəlb olunacaq.

Qeyd edək ki, mövsümün əvvəlində Sorqa "Lokomotiv"dən (Plovdiv) ayrılaraq "Sumqayıt"a keçmişdi.