• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İkardi çempionluq tədbirinə damğa vurdu - Nelsson “Qalatasaray” fanatlarına etiraz etdi

Dünya futbolu

30-05-2024, 23:0

Superliqada ideala yaxın bir mövsüm keçirən və 114 mümkün xalın 102-ni toplayaraq tarixinin 24-cü çempionluğunu qazanan “Qalatasaray” bazar ertəsi doğma “Rams Park”da keçirdiyi möhtəşəm tədbirlə kuboklarına qovuşdu.

“Çempionun qala gecəsi” adlı tədbirdə “Cim-Bom” üç kuboku birdən aldı. Çünki çempionluqdan başqa komanda superkuboku da qazanmışdı. Üstəlik “Qalatasaray”ın qadınlardan ibarət komandası da bu mövsüm tarixinin ilk çempionluğunu yaşamışdı. Tədbirə damğa vuran isimlərdən biri “Qalatasaray”lıların sevimlisi Mauro İkardi oldu. Əvvəlcə üzərində “Əli Koç” yazılmış forma ilə tədbirə qoşulan argentinalı forvard fanatların alqışları ilə meydana daxil olarkən mahnı seçimi ilə təəccübləndirdi. Hər futbolçunun çempionluq tədbirində öz seçdiyi mahnı ilə meydana ayaq basması artıq adət halını alıb. İkardi əvvəlcə “Fənər”in forvardı Edin Cekoya ilişdi. Çünki Ceko qol vurduqda “Fənərbaxça”nın stadionunda, adətən, Hande Yenerin “Beni Sev” mahnısı səslənirdi. İkardi səhnəyə əvvəlcə bu mahnı ilə çıxdı. Amma sonra gözlənildiyi kimi, mahnı dəyişdi və İkardi sayəsində populyarlıq qazanan “Aşkın olayım” mahnısı səslənməyə başladı. Bundan başqa, təcrübəli futbolçunun “Fənər ağlama” təzahüratını səsləndirməsi diqqətdən qaçmadı. Bu baxımdan baş məşqçi Okan Buruk bir qədər də “irəli getdi”. O, fanatların “Fənər”in əleyhinə səsləndirdiyi söyüş və təhqirlərlə dolu olan təzahüratda yaxından işitrak etdi. Bu üzdən “Hüquqçu Fənərbaxçalılar Dərnəyi” 6222 saylı qanunun 14-cü və 22-ci maddələrini əsas gətirərək Okan Burukdan İstanbul Cümhuriyyət Prokukrorluğuna şikayət ünvanlandığını açıqladı! Onu da bildirək ki, “Qalatasaray”a çempionluq kubokunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi təqdim etdi.

Çempionluğa həsr olunan tədbirin ən diqqətçəkən və ən çox müzakirə olunan ismi isə Viktor Nelsson oldu. Danimarkalı futbolçu bütün komanda yoldaşlarından fərqli meydanda quraşdırılan platformaya çıxarkən stadionda heç bir mahnı səsləndirilmədi. Yəni Nelsson mahnı seçməmişdi. Bundan başqa, onun ailəsi tribunadan aşağı enmədi və bütün tədbirboyu tribunada qalmağa üstünlük verdi. Halbuki digər futbolçular həyat yoldaşları da uşaqları ilə birlikdə tədbirdə fəal iştirak etdilər. Amma bu da son deyil. Məlum oldu ki, fanatlardan bəziləri tribunada Nelssonun ailəsinə söz atıb və ya ilişiblər. Futbolçu tədbirin ardından öz “instaqram” səhifəsinin hekayə bölümündə paylaşım edərək “od püskürdü”:

“Tədbir zamanı ailəmə hücum edən və onları təhqir edən “Qalatasaray” tərəfdarlarına yazıqlar olsun. Utanın”.


Əvvəlcə belə güman olundu ki, Nelssonun səhifəsi hakerlər tərəfindən ələ keçirilib. Çünki Nelssonun rəsmi səhifəsi həm də “Fənərbaxça”nın “sizinlə qürur duyuruq” paylaşımını bəyənmişdi! Amma səhifənin başqaları tərəfindən ələ keçirilməsinə dair xəbər təsdiqini tapmadı. Türkiyə mətbuatında yaşananlarla bağlı bəzi maraqlı detallara yer verilib. Məsələn, şayiələrə inansaq, Nelsson səhnəyə mahnısız çıxmaqla heç də klubdan acıqlı olduğunu göstərmək istəməyibmiş. Əksinə, o, adı çəkilən zaman fanatların buna reaksiyasını eşitmək istəyirmiş. Ailəsinin tribunada yaşadıqlarına gəlincə, onların izdiham zamanı qorxduğu iddia olunur. “Qalatasaray” fanatları danimarkalının ailə üzvlərini tanımadıqları üçün onlara yol verməyiblər. Nelsson bu olaylarla bağlı heç bir açıqlama vermədən srağagün səhər ailəsi ilə birlikdə Danimarkaya yollandı. Onun bir qədər sakitləşdikdən sonra açıqlama verəcəyi gözlənilir. Qeyd edək ki, həm 2022-də, həm də 2023-ün yayında “Qalatasaray”ı tərk etmək ehtimalı olan, amma hər dəfə son anda klubda qalan müdafiəçi geridə qoyduğumuz mövsümün gedişində əsas heyətdəki yerini itirmiş, hətta Okan Burukdan da gileylənmişdi. Amma son aylarda o yenidən əsas heyətdə oynamağa başlamışdı. Böyük ehtimalla bu yay Nelsson klubdan ayrılacaq. Bunun nəzərə alan rəhbərlik Davinson Sançesə daha bir mövsüm komandada qalmağı təklif edib. Okan Burukun da performansından razı qaldığı kolumbiyalı müdafiəçi bir sıra Avropa klublarının hədəfindədi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-05-2023, 14:0

''Qalatasaray''ı çempionluqdan 1 qələbə ayırır

Dünya futbolu

14-05-2023, 13:0

''Qalatasaray''ın prezidenti ''Fənər ağlama'' mahnısını oxudu!

Dünya futbolu

29-07-2023, 14:0

''Qalatasaray'' İkardiyə qovuşdu

Dünya futbolu

14-03-2023, 17:0

İkardi bu dəfə qollarını gecə klubunda vurdu!

Maraqlı

1-05-2023, 16:0

Simgə Sağın İkardi haqda nə dedi?

Dünya futbolu / Manşet

22-03-2024, 22:0

İkardi ''Qalatasaray'' tarixində 4-cü pilləyə yüksəldi

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 149
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə