Drayzaytlın məhsuldar seriyası qırıldı

29.05.2024 20:50 140
İdman
Milli Hokkey Liqasında konfrans finalları davam edir.

“Football-plus.az” xəbər verir ki, qərb konfransının final seriyasının 2-ci oyununda “Dallas” “Edmonton”u 3:1 hesabıyla məğlub etdi. “Neftçilər”in almaniyalı hücumçusu Leon Drayzaytl bu oyunda məhsuldar hərəkətlə yadda qala bilmədi. 28 yaşlı forvardın cari pley-offun startından bəri davam edən 13 oyunluq seriyası qırıldı. Drayzaytlın bu seriyası MHL tarixində uzunluğuna görə 5-ci oldu.

25 may
Reyncers – Florida 2:1 ОТ (1:1, 0:0, 0:0, 1:0)
Seriyada hesab – 1:1.
26 may
Dallas – Edmonton 3:1 (1:1, 0:0, 2:0)
Seriyada hesab – 1:1.
Florida – Reyncers 4:5 ОТ (2:2, 0:2, 2:0, 0:1)
Seriyada hesab – 1:2.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul