Aprelin 18-də “Edmonton”un forvardı Leon Drayzaytl pley-offun ilk mərhələsinin “Los-Anceles”lə oyununda fərqləndi.
"Football-plus.az" xəbər verir ki, 27 yaşlı almaniyalı bununla da pley-offda keçirdiyi 38-ci oyunda xal sayını 60-a (19+41) çatdırdı. Pley-off tarixində yalnız iki hokkeyçi – Ueyn Qretski (26) ilə Mario Lemye (34) 60 xalı daha az oyunda toplamağı bacarıb. Drayzaytlın müntəzəm çempionatda keçirdiyi 80 oyunda 128 xalla (52+76) yadda qaldığını da xatırladaq.