İngiltərə klubunu kimlər tərk edəcəklər?

27.05.2024 21:30 139
Dünya futbolu
“Nyukasl” rəhbərliyi bu yay komandanı tərk edəcək oyunçuların siyahısını hazırlayıb.

“Football-plus.az” xəbər verir ki, İngiltərə klubu qapıçı Martin Dubravka, yarımmüdafiəçi Migel Almiron və hücumçu Kallum Uilson ilə yolları ayırmaq qərarına gəlib. Dubravka premyer-liqanın yenicə sona çatan mövsümündə qapını 23 oyunda qoruyub. Almiron 33 oyuna 3, Uilson isə 20 oyuna 9 qol vurub.

Yerli mənbələr bu oyunçuların Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində olduğunu xəbər verir.