Bu yay “Borussiya”nı tərk edəcək oyunçuların adına aydınlıq gəlib.
"Football-plus az" xəbər verir ki, Dortmund klubu müqaviləsi mövsümün sonunda qüvvədən düşəcək 5 futbolçu ilə yolların ilə ayrıldığını açıqlayıb. Onlar müdafiəçilər Rafael Gerreyro və Feliks Passlak, yarımmüdafiəçi Mahmud Daud, hücumçu Antoni Modest və qapıçı Luka Unbehaundular.
Yarımmüdafiəçi Marko Roys futbolçularla ayrılarkən onlara vida hədiyyələri təqdim edib. Bütün oyunçular iyunun 30-da azad agent statusu qazanacaqlar. Artıq Passlakın “Bohum”a keçəcəyi məlumdu.