Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət millimizin hazırlıq proqramında dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq.
Buna səbəb Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsidi.
Qeyd edək ki, U-17 millimizin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.