Yığmamız yoldaşlıq turnirində iştirak edəcək

20.05.2024 14:54 166
Ölkə futbolu
9 yaşadək futbolçulardan ibarət millimiz iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, yığmanın rəqibləri Qazaxıstan, Türkiyə və Moldova kollektivləri olacaq.

U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.

Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Millimizin oyunlarının təqvimi:
4 iyun
20.30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)

7 iyun
18.00. Azərbaycan (U-19) - Türkiyə (U-20)

10 iyun
20.30. Azərbaycan (U-19) - Moldova (U-19)