U-18 millimizin heyətində daha bir dəyişiklik

29.04.2024 13:00 182
Ölkə futbolu / Yığma
18 yaşadək (U-18) futbolçulardan ibarət millimizin heyətində daha bir dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi”dən Eldar Babayev yığmaya dəvət olunub.

Qeyd edək ki, U-18 aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq mayın 3-dək davam edəcək.