Bu gün “Zirə”nin avrokuboklar uğrundakı mübarizəsinə aydınlıq gələcək.
“Football-plus.az” xəbər verir ki, “qartallar” doğma azarkeşlər önündə Bayıl təmsilçisi “Səbail”lə qarşılaşacaq. Bu görüşün nəticəsi “Zirə”nin Avropa arzusuna davam yoxsa tamam deyəcək. Qarşılaşmanın əhəmiyyətini nəzərə alaraq klubun aparıcı futbolçularından olan Fuad Bayramovla danışdıq:
“Çempionat çox gərgin keçir. Artıq sonuncu turdu. “Səbail”ə qalib gəlib, avrokuboklarda mübarizə apara bilmək üçün çalışacayıq”.
“Şamaxı”nın yetirməsi olan gənc oyunçu gələcək karyerasıyla bağlı ünvanladığımız sualı belə cavabladı:
“Karyeramla bağlı hələ ki, heç nə düşünmürəm. Mövsüm bitdikdən sonra bunun üçün kifayət qədər vaxtım olacaq. Hazırda bütün fikrimi oyunlara yönəltmişəm. Mövsüm yekunlaşdıqdan sonra düşünüb, qərarımı verəcəm”.
KAMAL SƏFƏR