Odu ki, "şirlər"i bu baxımdan xöşbəxt klub saymaq olar. Bölgə təmsilçisi hazırda 1-ci diviziona yuvarlanmaq təhlükəsiylə üz-üzədi. "Şamaxı" son turda "Sabah"ı məğlub etməsə, elitayla vidalaşacaq. Odu ki, komanda yanlız mübariz oyuna və güclü azarkeş dəstəyinə arxalana bilər. Artıq klub rəhbərliyi də səfər oyununa maksimum azarkeş toplamaq üçün işə başlayıb. Klubun mətbuat katibi Yusif Hüseynovdan əldə etdiyimiz informasiyaya görə, fanatları Bakıya aparmaq üçün ən azı 5 avtobus ayrılacaq.
"Şirlər"in ən fəal, sadiq azarkeşlərindən biri də Etibar Bayramovdu. O həmçinin komandanın əsas heyət üzvü Fuad Bayramovun atasıdı. Etibar bəy ev oyunları ilə yanaşı, səfər matçlarında da doğma komandanı tək buraxmır. Ata Bayramov "Səbail"lə həlledici görüşdə də tribunada yer alacağını söylədi:
"40 ildən çoxdu futbol dəlisiyəm. Həmişə də "Neftçi"yə azarkeşlik etmişəm. 30 ildən sonra doğma Şamaxımıza böyük futbol gəldi. Buna çox sevindim və yerli komandamıza fanatlıq etməyə başladım. Bunu sırf oğlum bu klubda oynadığına və ya şamaxılı kimi demirəm. “Şamaxı" yerli və gənc futbolçularla Azərbaycan futboluna rəng qatır. Bu futbolçuıar ölkə futbolunun gələcəyidi. Mən onların gələcək ulduzlarımız olacağına inanıram. Odu ki, Şamaxıda daim futbolun olmasında maraqlıyıq. Biz hər oyunda komandamızın qələbə qazanacağına inanaraq stadiona axışırıq. Düzdü, təcrübəsiz olduqlarına görə vacib xallar itirdik, amma ümidimizi itirmirik. "Səbail"lə son oyunda da var gücümüzlə dəstəyimizi nümayiş etdirəcəyik. "Şamaxı" premyer-liqada qalmağı haqq edir".
ABDULLA İSMAYILOĞLU





