• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fuad Bayramov halallıq alıb “Şamaxı”dan ayrılacaq - MÜSAHİBƏ

Ölkə futbolu / Müsahibə

16-06-2023, 15:0

Son mövsüm "Şamaxı"da özünü yaxşı tərəfdən göstərənlərdən biri də Fuad Bayramovdu. O, komandanın əsas heyət üzvü olmaqla yanaşı, meydanda sona qədər döyüşənlərdən idi. Sonuncu yeri tutduğuna görə "şirlər"in 1-ci diviziona düşməsi hələ rəsmi təsdiqini tapmayıb. Bütün futbolçular kimi, Fuad da AFFA İcraiyyə Komitəsinin iclasını gözləyir.

"Football-plus.az" olaraq 25 yaşlı müdafiəçi ilə gələcək karyerasıyla bağlı söhbət etdik.

- Yola saldığımız mövsümü özün və "Şamaxı" üçün necə xarakterizə edərdin?
- Düşünürəm ki, çox maraqlı çempionat oldu. Son illərin gözoxşayan mövsümü arxada qaldı. Bütün oyunlar maraqlı və intriqalı keçdi. Axırıncı yeri tutmağımıza baxmayaraq, yaxşı mübarizə aparıb sona kimi mübarizəni davam edirdik. Məncə, "Şamaxı" kimi klubların olması Azərbaycan futbolunun inkişafına xeyirdi. Özümə gəlincə, yaxşı mövsüm keçirdim, təcrübə toplamağa çalışdım. Amma bu məni qane etmir. Daha da inkişaf edib məqsədlərimə catmalıyam.

- İcraiyyə Komitəsinin "Şamaxı"nın elitada qalmasıyla bağlı qərar verəcəyinə ümidlisən?
- Ümid edirəm ki, müsbət qərar verilər. Doğma rayonumun təmsilcisinin elitada qalmağını istəyirəm.

- Komanda 1-ci diviziona düşsə, heyətdə qalmağı düşünürsən?
- “Şamaxı”nın 1-ci divziona düşməsi rəsmiləşsə, rəhbərliklə danışıb, halallıq alıb premyer-liqa klublarından birində oynayacam. Zatən elitada çıxış etmək üçün çox əziyyət çəkmişəm. Ona görə yenidən diviziona qayıtmaq istəmirəm.

- Təkliflər var?
- Bəli, yerli və xarici klublardan təkliflər var. "Şamaxı"nın durumunun necə olacağını gözləyirəm. Ondan sonra qərar verəcəm.

- Bu yaxınlarda Yunanıstanın "Obera Sport" menecerlik şirkətiylə 2 illik müqavilə bağladın. Bu barədə danşardın...
- Fevralda müqavilə bağladıq. Qış təlim-məşq toplanışında Türkiyəyə gəldilər, söhbət edik və razılıq əldə olundu. Düşünürəm ki, mənim üçün xeyirli olacaq. "Obera Sport" çox yaxşı şirkətdi, legioner heyatı yaşamağıma da kömək edəcəklər. Hazırda mənimlə bağlı danışıq apardıqları klublar da var.
- Legioner həyatı yaşamağı düşünürsən?
- Əlbəttə, istəyirəm. Qarşımda duran əsas hədəflərdən biri ölkə xaricində oynamaqdı.

- Bu il "Şamaxı"da özünü yaxşı tərəfdən göstərən və performansını artıran futbolçulardansan. Amma yığmaya dəvət almadın. Ölkənin əsas komandasından dəvət gözləyirdin?
- Təbii ki, gözləyirdim və gözləyəcəm də. Həmişə bunun üçün çalışıb hazır olacam ki, dəvət alarkən milli komamdanı layiqincə təmsil edim.

- Yığmamız seçmə mərhələyə uğursuz başladı. Estoniyanı məğlub edəcəyimizə inanırsan?
- İyunun 17-də "Dalğa Arena"da keçiriləcək görüşdə millidən maksimum nəticə gözləyirəm. Komandaya uğurlar arzulayıram.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-05-2023, 21:0

Fuad Bayramovun atası “Şamaxı”nın elitanı haqq etdiyini düşünür

Premyer-liqa / Manşet

29-05-2023, 20:0

"Şamaxı" rəhbərliyinin 2023/24 mövsümü ilə bağlı planı - ÖZƏL

Premyer-liqa

14-12-2022, 11:0

"Şamaxı" Fuadla bağlı qərarını verdi - RƏSMİ

Aktual / Ölkə futbolu

14-06-2023, 16:0

Vüqar Əsgərlinin “Şamaxı”dan getmək fikri yoxdu

Premyer-liqa / Günün xəbəri

29-11-2022, 16:0

Premyer-liqanın 3 klubu "Şamaxı"nın ulduzunu transfer etmək istəyir

Premyer-liqa

14-01-2023, 14:0

"Şamaxı"dan növbəti transfer

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə