Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər

24.05.2024 10:31 141
İdman
Bu gün Basketbol Liqasının qalibi müəyyənləşə bilər.

"Football-plus.az" xəbər verir ki, final seriyasının dördüncü matçında "Sabah" "Xəzri"ni məğlub edəcəyi təqdirdə titula sahib çıxacaq.

Komanda ötən mövsümdə də ölkə çempionu olub.

"Sabah" hazırda seriyada 2:1 (70:95, 94:63, 75:59) öndədi.

Qeyd edək ki, klublar üç qələbə qazanana qədər oynayırlar. "Xəzri" hesabı bərabərləşdirsə, beşinci qarşılaşma mayın 28-də reallaşacaq.