Basketbol Liqasının qalibi bu gün bəlli olacaq

30.05.2023 10:52 241
İdman
Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər.

Qalib gələn kollektiv ölkə çempionu adına sahib çıxacaq. Dörd görüşdən sonra ümumi hesab bərabərdir - 2:2.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.