“Xəzri” “Sabah”ı məğlub etdi

16.05.2024 21:59 180
İdman
Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçirilib.

“Football-plus.az” xəbər verir ki, "Sabah" "Xəzri" ilə qarşılaşıb. Bunadək hər 2 görüşdə qalib gələn son çempion uğurunu davam etdirə bilməyib. Oyun “Xəzri”nin qələbəsi ilə nəticələnib - 90:75.

Qeyd edək ki, final seriyasında 3 qələbə qazanan komanda qızıl medala yiyələnəcək.