Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu baş tutacaq

22.05.2023 10:52 267
İdman
Azərbaycan Basketbol Liqasında bu gün final seriyasının ikinci oyunu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, "Sabah" və "Gəncə" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gələcəklər.

Qarşılaşma saat 19.30-da start götürəcək.

Mayın 20-dəki ilk görüşdə paytaxt təmsilçisi qələbə qazanıb - 71:69. Final seriyasının növbəti matçı mayın 24-də gerçəkləşəcək. Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel baş tutacaq.

Qeyd edək ki, daha əvvəl NTD "AAAF Xırdalan"ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.