İngiltərə premyer-liqasında 2021/22 mövsümünün ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.
Bu nominasiyanın qalibi Yürgen Klopp olub. “Liverpul” 54 yaşlı mütəxəssisin başçılığı altında mövsümü 2-ci yerdə başa vursa da, almaniyalı futbol ekspertləri və azarkeşlər arasında keçirilən sorğuda qalib gəlib. O, karyerasında ikinci dəfə fərdi mükafata layiq bilinib. Klopp ilk dəfə 2020-ci ildə mövsümünün ən yaxşı məşqçisi seçilmişdi. Ondan başqa Aleks Ferqyuson (11), Arsen Venger, Joze Mourinyo və Xosep Qvardiola (hər biri 3 dəfə) premyer-liqada məlum nominasiyada bir dəfədən çox qalib gəlib.
“Liverpul”u Liqa kubokunda və İngiltərə kubokunda qələbəyə daşıyan 54 yaşlı Klopp həmçinin Liqa Məşqçiləri Assosiasiyası tərəfindən mövsümün ən yaxşı çalışdırıcısı seçilib.
Klopp çempion ola bilməsə də...
Dünya futbolu

