• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt” Masazırdan yenə əliboş qayıtdı - REPORTAJ

Premyer-liqa

21-05-2024, 21:0

Turun mərkəzi matçına maraq istənilən səviyyədə olmasa da, nisbətən çox idi.

Hər iki komanda avrokuboklar uğrunda mübarizədə şansını qorumaq üçün sona qədər vuruşmalıydı. Bu yöndə təhlükəli zonada olan isə “Sabah” idi. Çünki Masazır təmsilçisinin mövsümü ilk “dördlük”də bitirmək üçün son iki matçda qələbə qazanmaqdan başqa yolu yox idi.

Həm hava şəraiti, həm də azarkeşlərin dəstəyi stadionda əsl futbol atmosferi yaratmışdı. Belə əhval-ruhiyyədə hesabı açmağa yaxınlaşan tərəf “Sumqayıt” oldu. Qonaqların 9-cu dəqiqədə qazandığı künc zərbəsini Səbuhi yerinə yetirdi. Onun cərimə meydançasına göndərdiyi topa Suliman başla zərbə endirsə də, Yusif zəruri müdaxiləylə yadda qaldı. “Sabah”ın rəqibin müdafiə xəttini yarmaq cəhdləri isə 14-cü dəqiqədə bəhrə verdi. Namik Ayazın ötürməsindən sonra bəxtini sınasa da, qeyri-dəqiqlik xoşbəxtliyin tapılmasına mane oldu. “Bayquşlar”ın bu epizoddan sonra daha israrlı çıxış etməyə başladığını deyə bilərik. Renduliçin komandası matçın axarına nəzarəti ələ almaq məqsədi ilə hücum cəhdlərinin sayını artırdı. Bu ərəfədə Elvinin meydanın mərkəzindən irəli göndərdiyi top Namikin toxunuşuyla Apehə çatdı. Nigeriyalı dərhal “kimyaçılar” tərəfindən “mühasiyə alınsa” da, irəli atılmaqdan çəkinmədi. Qapıya zərbə üçün əlverişli mövqe axtaran futbolçuya yalnız Mehdinin gücü çatdı. Qolkiper rəqiblə təkbətək mübarizəyə girişib “kürə”ni ələ keçirdi. Bir qədər sonra Ayaz uzaqdan bəxtini sınadı. Lakin onun “çərçivə”yə tuşladığı top Mehdinin əllərinə tuş gəldi. 35-ci dəqiqədə matçın qırılma anı yaşandı. Daha dəqiqi, Mossinin Dosso istiqamətində ötürməsinə Amin girişdi. Müdafiəçinin yönəltdiyi top Muradda qaldı. Belədə “Sumqayıt” üçün təhlükənin sovuşduğunu düşünmək olardı. Amma və lakin... Xaçayev Apehin təzyiqindən çəkinib Mehdiyə ötürmə etdi. Burda qapıçı da kobud səhvə yol verdiyindən topun “çərçivə”dən keçməsi qaçılmaz oldu! Nəticədə 27-ci turda “Sabah”la matçda avtoqol müəllifi olan futbolçu bu dəfə də “fərqləndi”. “Bayquşlar” üstünlüyünü möhkəmləndirmək üçün növbəti şansı 41-ci dəqiqədə yaxalasa da, Apeh ələ düşən fürsəti asanlıqla əldən verdi. O, irəli atılan Mehdinin öhdəsindən gələ bilmədi. Halbuki həmin anda qol üçün başqa maneə yox idi. Beləliklə, birinci hissə “Sabah”ın həm hesab, həm də oyun baxımından üstünlüyü şəraitində keçdi.
İkinci yarıda ilk təhlükəli vəziyyəti “Sumqayıt”ın ifasında izlədik. Burda Kehatın cərimə meydançasına ötürməsini qəbul edən Dosso ustalığını göstərə bilmədi. O, dərhal rəqib müdafiəçilər tərəfindən sıxışdırıldığına görə əlverişsiz mövqedən qapıya zərbə endirməyə qərar verdi. Topa sahiblənmək Yusifin öhdəsində idi ki, bu da çətin olmadı. 61-ci dəqiqədə Sorqa uğursuz zərbəylə yadda qaldı. Estoniyalı topu lazımi səviyyədə sürətləndirmədiyindən qolkiper yenə vəzifəsini asanlıqla yerinə yetirdi. Göründüyü kimi, bura qədər “Sumqayıt”ın məğlubiyyətdən qurtulmaq cəhdləri özünü göstərirdi. Lakin qonaqların canfəşanlığı nə fayda verdi, nə də uzun çəkdi. 67-ci dəqiqədə hegemonluğu ələ keçirən “Sabah”ın sürətli əks-hücumu qolla nəticələndi. Xəyalın cərimə meydançasına ötürməsindən sonra topu ələ keçirən Apeh çaşdırıcı ötürməylə topu Anatoliyə çatdırdı. Tor sonuncunun qüvvətli zərbəsiylə silkələndi. “Bayquşların əhval-ruhiyyəsinə isə ofsaydın qeydə alınması “soğan doğradı”. Çünki həmin epizodda Apeh oyundankənar vəziyyətdə idi. 75-ci dəqiqə Apeh Anatolinin qapı qarşısına ötürməsinə çatsa da, qeyri-dəqiq zərbə vurdu. Matçın taleyi 90+1-ci dəqiqədə həll olundu. Anatolinin cəhdləri, nəhayət, bəhrə verdi. O, Elvinin təhlükəli zonadan uzaqlaşdırmaq istədiyi topu qüvvətli zərbəylə tora qovuşdurdu. Beləliklə, “Sabah” avrokuboklara yollanmaq yönündə işin yarısını gördü! “Sumqayıt” isə ilk “dördlüy”ü tərk etdi.

Gözdən qaçmadı
* Vacib matça görə toyunu təxirə salan Rövlan 14-cü dəqiqədə ciddi zədə alaraq meydanı tərk etdi.
* Samir Abasov 13-cü dəqiqədə hakimin qərarına etiraz etdiyinə, Krunovlav Renduliç 90+1-ci dəqiqədə qeyri-idman hərəkətinə görə sarı vərəqə aldı. İnqilab Məmmədov etiraza davam edən Abasovu çəkindirmək üçün “qırmızı”yla hədələdi.
* “Soldati di Sabah”, “Fratelli del Sabah”, “Kimyaçılar” və “Ultras kimyaçılar” komandalarını sonadək dəstəklədilər.
* “Sabah” azarkeşləri əvəzlənən bütün futbolçuları alqışlarla yola saldı.
* Matçdan sonra Renduliç Abasovla görüşmək istəsə də, “Sumqayıt”ın baş məşqçisi ona əl uzatmadı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Reportaj

16-04-2024, 17:0

“Sabah” “Qarabağ”ın möhtəşəm seriyasına son qoydu - REPORTAJ

Premyer-liqa

7-05-2024, 21:0

Zirə” Avropaya bir addım da yaxınlaşdı - REPORTAJ

Premyer-liqa / Reportaj

24-10-2023, 17:0

Murad Musayev Samir Abasovu cəzalandırdı və qəzəbləndirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

9-04-2024, 22:0

Renduliç ardıcıl ikinci oyunda uduzdu - REPORTAJ

Premyer-liqa / Reportaj

14-05-2024, 18:0

Ninqa “Sumqayıt”ı Avropaya bir addım da yaxınlaşdırdı - REPORTAJ

Premyer-liqa

7-05-2024, 21:0

“Sabah” ardıcıl 4-cü qələbəsini qazandı - REPORTAJ

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə