• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” yenidən 2-ci pilləyə yüksəldi - REPORTAJ

Premyer-liqa

21-05-2024, 21:0

Çempionat sona yaxınlaşdıqca avrokuboklara vəsiqə uğrunda mübarizənin gərginləşməsi təbiidi.

Artıq heç bir iddiası qalmayan “Səbail” gümüş medallara iddiaçı “Neftçi”ni qəbul etdi. Oyuna maraq o qədər böyük olmasa da, hər hald, tribunaların üçdəbiri dolmuşdu. Həm “Dənizçilər”, həm də “Forza Neftçi” öz sektorlarında yerlərini almışdılar.

Oyun qarşılıqlı hücumlarla başladı. İlk təhlükəli vəziyyət “Neftçi”dən gəldi. Künc zərbəsindən sonra Lebon meydan sahiblərinə həyəcanlı anlar yaşatdı. Lakin onun zərbəsi qeyri-dəqiq alındı. Çox keçmədən “ağ-qaralar” növbəti dəfə qola yaxın oldu. Bu dəfə Morenonun zərbəsi düz qolkiperin üzərinə getdi. Ardından Ozobiç də qapını nişan aldı. Amma o da dəqiq ola bilmədi. “Səbail”in buna cavabı isə özünü çox gözlətmədi. Queta fərdi reydini zərbə ilə tamamlasa da, Brkiç inamlı oynadı. 34-cü dəqiqədə Boqomolski hesabı açmağa yaxın oldu. Lakin Quliyev topu dəf etməyi bacardı. İlk hissənin sonlarında “dənizçilər” fəallığı artırdı. 41-ci dəqiqədə Quetanın qüvvətli zərbəsini qapıçı küncə çıxarı. Ardından Samir Abdullayevin zərbəsində top toru yandan silkələdi. Hücumlarını davam etdirən “Səbail” daha bir epizodda Nuno ilə hesabı açmağa yaxın oldu. Lakin onun da zərbəsi qeyri-dəqiq alındı.

İkinci yarı daha sürətli başladı. Dərhal irəli atılan meydan sahibləri Nuno ilə təhlükəli oldu. Onun zərbəsini Brkiç çətinliklə də olsa, küncə çıxardı. Çox keçmədən Pedro yenidən səhnəyə çıxdı. Bu dəfə müdafiəçilər ona mane olmağı bacardı. Ardından yarımmüdafiəçi Nağıyevin cinah asmasını zərbə ilə tamamladı. Lakin yenə dəqiq ola bilmədi. Əvəzində isə “Neftçi” oyunu bərabərləşdirməyi bacardı. Caberin ötürməsindən sonra Tamaşın baş zərbəsi təhlükəli alındı, amma dəqiq olmadı. Buna baxmayaraq, “ağ-qaralar” 69-cu dəqiqədə istəyinə çatdı. Boqomolskinin cinah asmasını Moreno akrobatik zərbə ilə qapıya göndərdi – 1:0. “Səbail” qolun şokundan ayılmadan qapısında daha bir top gördü. Lebonun ötürməsini Caber tamamladı – 2:0. 82-ci dəqiqədə isə “Neftçi” 3-cü qolu da vurmağı bacardı. Ozobiçin ötürməsini Qarayev dəqiq zərbə ilə tamamladı. Bundan sonra meydan sahibləri irəli atılsa da, hesabı dəyişmək mümkün olmadı. Bununla da, “Neftçi” yenidən 2-ci pilləyə yüksəldi. “Səbail” üçün isə cari mövsümü artıq bitmiş saymaq olar.

Gözdən qaçmadı
* Matçı izləyənlər arasında yığmanın seleksiyaçısı İlqar Qurbanov da var idi.
* 65-ci dəqiqədə əvəzetmə zamanı tabloda Ramalinqomun nömrəsi olan “9”un əvəzinə “90” rəqəmi göstərildi.
* Bojoviç epizodların birində Ağadadaş Salyanskiyə qəzəbini “sən axmaqsan?” deməklə göstərdi.

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

26-12-2023, 22:0

Mutu getdi, Azərlə Sinyaşikinin ayağı açıldı - REPORTAJ

Premyer-liqa / Reportaj

21-02-2024, 21:0

“Zirə” 10 oyundu qələbə qazana bilmir – REPORTAJ

Premyer-liqa

17-04-2024, 20:0

“Neftçi” “Araz-Naxçıvan” sindromuna son qoydu - REPORTAJ

Premyer-liqa / Reportaj

3-04-2024, 17:0

Bayılda heç-heçə oldu, komandalar yerində saydı - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2024, 18:0

“Kəpəz”in seriyası üç oyun çəkdi - REPORTAJ

Premyer-liqa / Reportaj

12-03-2024, 22:0

“Turan Tovuz” “Zirə”yə bir addım da yaxınlaşdı - REPORTAJ

Aktual
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə