“Qəbələ-2” “Turan Tovuz-2”ni məğlub etdi

24.11.2023 20:51 231
Ölkə futbolu
Əvəzedicilərin çempionatında 14-cü tur start götürüb.

"Football-plus.az" xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qəbələ" sonuncu pillədə qərarlaşan "Turan Tovuz"u qəbul edib.

Turun qalan oyunları noyabrın 25-27-si aralığında keçiriləcək.

24 noyabr
Qəbələ-2 - Turan Tovuz-2 3:0

Qəbələ, şəhər stadionunun ehtiyat meydançası. Saat 15.00.
Xal durumu: Neftçi-2 – 31, Qəbələ-2 – 30, Sabah-2 – 25, Zirə-2 – 21, Qarabağ-2 – 20, Araz-Naxçıvan-2 – 16, Sumqayıt-2 – 15, Kəpəz-2, Səbail-2 – 11, Turan Tovuz-2 – 7.
Bombardirlər: Sənan Ağalarov (Qəbələ-2), Uğur Cahangirov (Sumqayıt-2) - 10.