39 oyuna 44 xal

29.10.2023 15:21 198
Dünya futbolu
Kriştiano Ronaldo hazırkı klubunda məhsuldar çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı çempionatının son turunun “Əl-Feyha” ilə oyunuda “Əl-Nəssr”in 3:1 hesablı qələbəsində hesabı açan Talişkaya məhsuldar ötürmə verməklə rol oynayıb. 38 yaşlı Ronaldo bu mövsüm ölkə çempionatında keçirdiyi 10 oyunda 11 qol vurub.

O, “Əl-Nəssr”in heyətində indiyədək meydana çıxdığı 39 oyunda “qol+məhsuldar ötürmə” sistemi ilə 44 xal (34+10) toplayıb.