“Qarabağ”ın qapıçısı Andrey Lunyov “Bayer-04” ilə keçirilən Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyununda zədələndi.
"Football-plus.az" xatırladır ki, rusiyalı qolkiper Bakıdakı qarşılaşmanın 2-ci hissəsində dizindən xəsarət aldı. Matçı sona qədər davam etdirə bilməyən təcrübəli qolkiper 85-ci dəqiqədə Luka Quqeşaşvili ilə əvəzləndi.
Qapıçının son durumuyla bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevdən məlumat aldıq: