Moskva klubundan "Makkabi"nin futbolçusuna 2,6 milyonluq təklif

3.08.2022 17:10 378
Dünya futbolu
"Dinamo" Moskva heyətini gücləndirmək niyyətindədi.

Football-plus.az
xəbər verir ki, Rusiya klubu yeni yarımmüdafiəçi transfer istəyir.

Paytaxt təmsilçisi "Makkabi"nin (Təl-Əviv) futbolçusu Eden Karçevlə yaxından maraqlanır.

Qeyd edək ki, Moskva klubu 22 yaşlı oyunçu üçün israillilərə 2.6 milyon avro təklif edəcək.