Səssiz Tovuz: projektorlar hazırdı, rəy yox...

17.05.2024 17:20 181
Ölkə futbolu / Manşet
Xatırlayırsızsa, Misli premyer-liqasının 18-ci turunun “Turan Tovuz” – “Araz–Naxçıvan” oyunu 81-ci dəqiqədə dayandırılmışdı.

Buna səbəb stadionun işıq dirəklərindən birinin külək üzündən qazona aşması idi. Nəticədə matç ertəsi davam etmişdi. Projektorun aşmasından 5 ay keçib. Artıq mövsümün bitməsinə iki tur qalıb. Projektorlar nə vaxt quraşdırılacaq? Fövqəladə Hallar Nazirliyi müsbət rəy veribmi? Bu sualları klubun idarə heyyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevə ünvanladıq:

“Yeni dirəklərin quraşdırılması üçün hər şey hazırdı. FHN-nin rəyini gözləyirik. Lazımi sənədləri təqdim etmişik və cavab gözləyirik. Rəy alandan sonra hazırda yerində olan üç dirəyi sökəcək, akademiya üçün aldığımız yeni yerə köçürəcəyik. Onların yerində isə təzə dirəyləri quraşdıracağıq”.

ƏSƏD SEYİDOV