Xatırlayırsızsa, Misli premyer –liqasının 18-ci turunun “Turan Tovuz” – “Araz–Naxçıvan” oyunu 81-ci dəqiqədə dayandırılmışdı.
Buna səbəb stadionun işıq dirəklərindən birinin külək üzündən qazona aşması idi. Nəticədə matç ertəsi davam etmişdi. Bir neçə gün əvvəl klubun idarə heyyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Babakişiyev “Footbal-plus.az”a mövzuyla bağlı açıqlamasında bunları demişdi:
“Hazırda Azərbaycanda, daha doğrusu, Bakıda yeni, heç istifadə olunmamış dörd dirək tapmışıq. Onların alınmasıyla bağlı, demək olar ki, razılıq əldə olunub. Bir neçə gün sonra hamısı Tovuza gətiriləcək. Düzdü, əvvəl dirəklərdən, sadəcə, ikisini dəyişməyi düşünürdük. Amma əlimizə fürsət düşmüşkən hamısını yeniləməyə qərar verdik”.
Bəs bu dirəklər Tovuza aparıldımı? Onların quraşdırılması başlayıbmı? Bu suallarla Əli bəyə müracitə etdik. Onun “Football-plus.az”a dedikləri:
“Dirəklər hələ ki Tovuza aparılmıyıb. Çünki stadionda o biri dirəklərin demontajına başlanılıb. Üç dirək hələ ki yerindədi. Hazırda dirəklərin üstündəki projektorların sökülür”.
ƏSƏD SEYİDOV