Projektorun aşmasından 3 aya yaxın vaxt keçib. Bu müddət ərzində projektor məsələsi niyə həll olunmayıb? Artıq mövsümün həlledici mərhələsidi. Günlər keçdikcə hava istiləşəcək. Bu üzdən oyunları axşam saatlarında keçirmək lazım olacaq. Bu məsələ nə vaxt həllini tapacaq? Bu suallarla klubun idarə heyyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Babakişiyevə müraciət etdik:
“Biz öz tərəfimizdən işıqlandırmayla bağlı bütün lazımi sənədləri Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik. Ekspertiza rəyini gözləyirik. Rəy müsbət çıxan kimi operativ şəkildə işlərimizi davam etdirəcəyik".
ƏSƏD SEYİDOV






