Qitə çempionatını buraxa bilər

13.05.2024 10:50 156
Dünya futbolu
Serj Qnabri tibbi müayinədən keçib, nəticə məyusedicidi.

“Bavariya”nın futbolçusu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. Qnabri Çempionlar Liqasının “Real”la cavab yarımfinal matçında (1:2) zədələnərək meydanı tərk etmişdi.

Hücumçunun zədə səbəbindən Avropa çempionatını buraxmaq ehtimalı var.